Polşada dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandra Sadovska adlı qadın özünü gözünün içərisini qara rəngə boyayan reperə oxşatmaq istəyib. Bunun üçün o, tatu ustasına gedərək gözünün içərisini qara rəngə boyamasını istəyib. 

Bir qədər zaman keçdikdən sonra isə gənc qız görmə qabiliyyətini itirməyə başlayıb. Onun bir gözü görmə qabiliyyətini tamamilə itirib. Həkimlərin sözlərinə görə, bu problemin aradan qaldırılması mümkün deyil və gənc qızın digər gözü də yaxın müddətdə görməyəcək.

Özünü tanınmış reperə oxşatmaq istəyən qızın gözünü boyayarkən ciddi səhvlərə yol verdiyi məlum olan tatu ustası isə 3 il müddətinə azadlıqdan məhrum ediləcək.