Dünyaca məşhur müğənni Britney Spearsın ayağı qırılıb.

Unikal.org xəbər verir ki, o, ayaqqabı geyinmədən rəqs etməyə başlayıb və həmin görüntüləri mobil telefonu ilə lentə alıb. Qeydə alınan görüntülərdə rəqs edən müğənninin ayağının qırılma anının səsi aydın şəkildə eşidilir.

38 yaşlı müğənni həmin videonu "Instagram" hesabında paylaşıb.