Çində koronavirus qurbanlarının sayı 2 788 nəfərə çatıb.

Unikal.org-un xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib. Ölkədə 36 117 insan xəstəlikdən sağalıb, virusa yoluxanların ümumi sayı isə 78 824 nəfərə çatıb.

Dünya üzrə bu göstərici 82294 nəfərə yüksəlib. Çindən kənarda koronavirusa yoluxanların sayı 46 ölkədə 3664 nəfərə çatıb. Onlardan 57 nəfəri ölüb.