Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Suriyanın İdlib vilayətində atəşkəs elan edilməsi ilə bağlı açıqlama yayıb.

Unikal.org xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş bəyan edib ki, Suriyanın İblib bölgəsində dərhal atəşkəs elan edilməlidir.

Antonio Quterreşin adından BMT baş katibinin sözçüsü Stephane Dujarric yazılı açıqlama verib: "Suriyanın şimal-qərbində artan gərginliyi və ''onlarla'' Türk əsgərlərinin hava hücumlarında həyatını itirməsindən narahatıq. Suriyanın şimal-qərbində artan gərginliyə təcili tədbir görülməsə, vəziyyət daha da gərginləşəcək. Bölgədəki problemlər müharibə yox, siyasi yolla həll olunmalıdır”.