Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan əsgərlərin intiqamını alıb.

Unikal.org Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyə ordusunun İdlibdə həyata keçirdiyi əməliyyatın görüntüləri yayılıb.

Son məlumata görə, fevralın 10-dan bu yana İdlibdə Türkiyə Silahlı Qüvvələri 1.709 canlı qüvvəni zərərsizləşdirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı 33 hərbi qulluqçusu şəhid olub, 32 əsgər isə yaralanıb.