Gürcüstan Respublikasının İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Unikal.org xəbər verir ki, Gürcüstan Dövlət Enerji Sistemi ASC-nin sədri Uça Uçanaşvilinin də iştirak etdiyi görüşdə Azərbaycanla Gürcüstan enerji sistemləri arasındakı mövcud əməkdaşlıq əlaqələri və bunun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkənin Gürcüstan olduğunu xüsusi vurğulayan Baba Rzayev bildirib ki, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi də məhz Gürcüstandan keçməklə ixrac edir.

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin son mərhələyə keçməsi barədə geniş müzakirələr aparılıb.