Meksikada ilk koronavirusa yoluxma faktı aşkarlanıb.

Unikal.org xəbər verir ki, Cənubi Amerika ölkəsi olan Braziliyada koronavirus aşkarlandıqdan iki gün sonra Meksikada da iki nəfər bu dəhşətli virusa yoluxub. Meksika Səhiyyə Nazirinin Müavini öz açıqlamasında xəstəliyə yoluxanlardan birinin paytaxt Mexikoda, digərinin isə Sinaola əyalətində yaşadığını və onların vəziyyətinin ciddi olmadığını bildirib.