Tanınmış meyxana ustası Aydın Xırdalanlının (Aydın Quliyev) qəbirüstü abidəsi hazırlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə şair İlqar Süleymanlı Bizəban sosial şəbəkədə məlumat payalşıb.

Qeyd edək ki, A.Xırdalanlı ötən ilin mart ayının 23-də uzun sürən ağır xəstəlikdən sonra 41 yaşında vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.

A.Xırdalanlı 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.