Neftçalada motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, sürücü ağır xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Mikayıllı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Rəfael Soltan oğlu Gözəlovun idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Neftçala Rayon Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb. Onun ayağı travmatik amputasiya edilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.