Türkiyəli müğənni Demet Akalın “İnstagram” səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, sənətçi “kəfənimizi alıb gəlməyə hazırıq” paylaşımlarına reaksiya verib:

“Gəl də, bu Azərbaycana qurban olma! Yaxşı ki, orada tanıdığım gözəl dostlarım var. Biz evdə yemək yeməyə utanırıq, amma öpüşüb videosunu “İnstagram”da paylaşanlar var. Bugünkü “konsertimizi ləğv etdik” yazmağa əlim gəlmir. Bunu böyük bir şey kimi təqdim etmək fikrim də yoxdur. Dünya çox qəribədir. Bəzi insanların da qəlbi yoxdur. Onlar heç Mehmetciyin adını uşaq vaxtlarından eşitməyiblər? İnsanlara zorla vicdan geyindirə bilmərik, gərək bir az hörmət etsinlər. Sizin Paris səyahətləriniz, ya da sevgi həyatınız qarşıma çıxır. Bir az insafınız olsun!”