Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

*** 10:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev komplekslə tanış olub.

Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

*** 11:33

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.