Türkiyə parlamentinin (TBMM) bu gün keçirilən iclasında deputatlar arasında dava olub.

Unikal.org xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən deputat Engin Özkoç çıxışında ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
Buna etirazını bildirən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə CHP nümayəndələri arasında əlbəyaxa dava düşüb. Parlament üzvləri bir-birilərinə yumruq zərbələri endiriblər.