Prezident İlham Əliyev məmurlara daha bir nümunə göstərib. 
 
Unikal.org xəbər verir ki, ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə, onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.
 
Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən". 
 
Sujet AzTV-nin "Xəbərlər" proqramında yayımlanıb.