Bu il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Unikal.org xəbər verir ki, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək.

Bildirilib ki, ötən gün Bakıda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında keçirilən görüşdə üçtərəfi hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub və bu formatın önəmi vurğulanıb.