Ağdaş rayon sakini faciəli şəkildə vəfat edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində yerləşən çınqıl karxanasında qeydə alınıb.

Belə ki, karxanada usta kimi çalışan rayon sakini Mahir Hacıyev beton hazırlayan dəzgahın arasında qaynaq işi görən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.