Ağcabədi rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, “KamAZ” markalı yük maşını “Mercedes” markalı avtomobillə toqquşub.

Avtomobilin sürücüsü Hüseyn Kazımov ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd: H.Kazımov Ağdam rayonunun Novruzlu kənd icra nümayəndəsidir. (pravda.az)