Bakının Nərimanov rayonunda 3 nəfəri avtomobil vurub.

Unikal.org  APA-ya istinadən  xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.
 
1988-ci il təvəllüdlü Əliyeva İntizar İnqilab qızı və onun övladı 2011-ci il təvəllüdlü Əliyeva Yaqut Xəyyam qızı, baldızı 1989-cu il təvəllüdlü Ələkbərova Cəmalə Əmirəli qızını minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.