Xəbər verdiyimiz kimi, “28 May” küçəsindəki məşhur dəmiryol körpüsü söküləcək. 

Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, körpünün söküntü işləri bu gündən aparılacaq. 

Bildirib ki, söküntü işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma martın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Xatırladaq ki, bir neçə il öncə həmin körpüdə baş verən qəza onu zədələmişdi. Belə ki, beton vuran (pompa) nəqliyyat vasitəsi sürətlə hərəkət eədrək körpünün altında ilişərək qalmışdı. 

1935-ci ildə tikilmiş həmin körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunmuşdu.