Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus binada yanğın olub.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.