Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.

Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar bu gün yerli vaxtla 08:51-də qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.