Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident Administrasiyasına çağırılıb.  

Unikal.org xəbər verir ki, bu barədə o, sosial şəbəkədə özü məlumat yayıb.  

"Bu gün PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdük. İctimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri mövzusunda diskussiyamız oldu", - o bildirib.