Qazax rayonunda yolun kənarında çay içən kişini maşın vuraraq öldürüb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Aslanbəyli kəndində baş verib

Qazax sakini, 1934-cü il təvəllüdlü Osman Dərgahov "VAZ-2106" markalı avtomobillə idarəetməni itirərək yolun kənarına çıxıb. O, bu zaman yol kənarında oturub çay içən iki nəfəri vurub. Qəza nəticəsində rayon sakinləri, 1932-ci təvəllüdlü Ziya Nəsibov vəfat edib, 1954-cü il təvəllüdlü Zahir Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.