Prezident İlham Əliyev "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.