Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə AŞPA Prezidenti Milli Məclisin yeni Sədri Sahibə Qafarovaya ünvanladığı təbrik məktubunda bildirib.

R. Daems qeyd edib ki, Azərbaycanla səmimi əməkdaşlığa inanır.

“Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”, - deyə R. Daems vurğulayıb.