Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Unikal.org xəbər verir ki, görüş qarşı tərəfin təşəbbüsü əsasında baş tutub. Tərəflər siyasi partiyaların qarşılaşdıqları problemlər və onların həlli yolları, qanunvericilik məsələləri, siyasi dialoq və s. məsələlər ətrafında fikir mübadiləsi aparıbıar.