Çinin Vuhan şəhərində meydana gələn və qısa müddətdə bütün dünyaya yayılan koronavirus 4 min 500 nəfərdən çox insanın ölümünə səbəb olub. Belə ki, ölümcül virusun Türkiyədə aşkarlanmasından sonra  böhranı fürsətə çevirənlərə qarşı Türkiyəli müğənni Ebru Poladdan sərt açıqlama gəlib. 

Unikal.org məlumat verir ki, məşhur müğənni Ebru Polat koronavirusunTürkiyəyə yayılmasından sonra maskalar, odekolon və qida məhsullarının qiymətlərinin hədsiz dərəcədə bahalaşması ilə bağlı  üsyan edib. 

Belə ki, “Instagram”da canlı yayında açıqlama verən Ebru Polad böhrandan istifadə edərək süni bahalaşmanı həyata keçirlənlərə qarşı aidiyyatı qurumlara şikayətdə olacağını qeyd edib.