“Milli Məclisdə iki yeni şöbə yaradılmalıdır. Yəqin ki, struktur islahatları zamanı buna baxılar”.

Unikal.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, həmin şöbələrdən biri dillə bağlı olmalıdır.