Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib.

Unikal.org-un xəbərinə görə, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib.

İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

Bununla da YAP Siyasi Şurasının iclası başa çatıb.

***15:30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası öz işinə başlayıb.

Unikal.org-un məlumatına görə, iclasda YAP-ın millət vəkilləri və yerli təşkilatların rəhbərləri iştirak edir. 

Müxbir: Famil Fərhadoğlu

FOTO: Müzəffər İsmayılov