Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bаhar Muradova kollektivə təqdim edilib.

Bu barədə Unikal.org-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.