Türkiyənin məşhur komediyan ustası Cem Yılmaz və gözəl aktrisa Seranay Sarıkaya jurnalistlərə verdiyi açıqlamalarla yenə gündəm yaradıblar.

Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, yaxın günlərdə eşq yaşamağa başlayan məşhur cütlüklər yemək yedikləri restorandan çıxarkən jurnalistlərin obyektinə tuş gəliblər. 

Belə ki, məşhurlara “evlilik planı var?” sualına tanınmış komediyan Cem Yılmaz “yaxın günlərdə bu barədə sizə məlumat verəcəyik” deyərək Seranay Sarıkaya ilə birlikdə ərazidən uzaqlaşıblar.