Sabah Milli Məclisin Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, iclasda koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkəmizdə hazırkı vəziyyət və görülən işlər müzakirə olunacaq.

Komitələrin birgə iclasında Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.