Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezident Administrasiyasında yeni vəzifəyə təyinat alıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, A.Bəşirov PA-nın Dövlət nəzarəti məsələləri şöbəsinə gətirilib. 

Qeyd edək ki, həmin şöbənin müdiri Kərəm Həsənovdur.

Amid Əyyuboğlu