Bakıda mağazadan oğurluq edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-nə keçən gecə Q.Qarayev prospektindəki mağazaların birindən pul, 1150 manat dəyərində 1 ədəd velosiped və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.