Astarada narkotik alverçisi tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədov tiryək satarkən saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun evindən 3,7 kiloqrama yaxın tiryək, həmçinin  heroin və metamfetamin aşkar edilərək götürülüb.