Poçtla göndərilən bağlamada narkotik vasitə aşkarlanıb.

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Aeroportun Bakı Karqo Terminalında Azərbaycan Respublikası vətəndaşı tərəfindən Çexiya Respublikasına göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirərkən monitorda şübhəli təsvirlər müşahidə ediblər.Həmçinin, kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.

Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.