Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".