Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası 6 min 513 insanın ölümünə səbəb olub.Təxminən 170 min insana yayılan virus dünyaya təsirini davam etdirir.

Unikal.org xəbər verir ki, dünyaca məşhur “Game of Thrones” serialında Tormund obrazını canlandıran norveçli tanınmış aktyor Kristofer Hivju korona virusuna tutulub. 

Belə ki, 41 yaşlı aktyor sosial şəbəkə hesabından virusa yoluxduğunu və karantin altında olduğunu bildirib.