Azərbaycanda tanınmış aktyorun maşınını yarıblar.

Bu barədə Unikal.org-a əməkdar artist Elnur Kərimovun özü məlumat verib.

Aktyor bildirib ki, hadisə onun yaşadığı evin qarşısında baş verib:

"Olay paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev 558 ünvanında törədilib. Belə ki,  avtomobilinin arxa şüşəsi sındırılıb. Şüşəni sındıran şəxs və ya şəxslər maşının bütün elektrik nagillərini doğrayıblar. Məqsədləri avtomobili qaçırmaq olub. Lakin maşını işə sala bilmədiklərinə görə bu istəklərinə nal olmayıblar. Daha sonra Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat verdim".

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu