Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

Unikal.org xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Tvitter səhifəsində yazıb:

“Əziz azərbaycanlı dostlar! Parisdən verilən təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVİD-19 böhranı bitdikdən sonra sizi Fransada qarşılamağa ümid edirik.

Novruz bayramınız mübarək!”.