İngiltərənin baş naziri Boris Johnson sosial şəbəkə hesabından koronavirusla bağlı xalqa müraciət edərək çölə çıxmamasına və əyləncə mərkəzlərindən uzaq durmağa səsləyib.

Unikal.org xəbər verir ki, nazirin atası 79 yaşlı Stanley Johnson qonağı olduğu səhər proqramın birində oğlunun bu paylaşımına etiraz etdiyini bildirib.

Belə ki, dünyanı zəbt edən koronavirusun yayılması ilə bağlı maraqlı açıqlamalar verən, Stanley Johnson oğlunun  sosial çağırışına tabe olmayacağını və əyləncə mərkəzlərinə getməyə davam edəcəyini söyləyib.