Film çəkilişləri üçün Avstraliyaya gedən Amerikanın məşhur aktyoru Tom Hanks və həyat yoldaşı Rita Uilson son həftələrdə koronavirus xəstəliyinə tutulduqlarına görə karantin altına alınıblar.

Unikal.org xəbər verir ki, evdə müalicə alan dünya şöhrətli aktyor Tom Hanks sosial şəbəkə hesabından etdiyi paylaşımla hər kəsi güldürməyi bacarıb. 

Belə ki, “Instagram” hesabından “Corona” markalı mətbəə maşınının şəklini paylaşaraq “Bu yazı maşınından xəstələndim” deyə izləyicilərini güldürüb.