İranda koronavirusdan ölənlərin sayı 1135, xəstəliyə yoluxanların sayı isə 17 361 nəfərə çatıb.

Unikal.org-un xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, son 24 saat ərzində 1192 nəfər virusa yoluxub, 147 nəfər ölüb.

İndiyədək 5710 nəfər sağalıb.