Neftçala rayonunda çay evində kişi meyiti aşkarlanıb.

Unikal.org-un xəbərinə görə, hadisə martın 17-si saat 11:30 radələrində rayonun “Mədəniyyət və İstirahət parkı”nda yerləşən çay evində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Abduləzim Mirzəyev icarə əsasında işlətdiyi çay evində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.