Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.