Yasamal  “Jeep” markalı avtomobildən pul və əşyaları oğurlayan şəxs tutuldu.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, rayonun 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində “Jeep” markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb.