Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən nəqliyyat körpüsündə qeydə alınıb.  İki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri almış iki kişi və bir qadın xəstəxanaya çatdırılıb.

Yaşlılardan biri maşında sıxılmış vəziyyətdə qaldığından onu FHN-nin xilasetmə qrupu maşından çıxarıb.

Faktla bağlı araşdırma aparılır.