Beyləqan rayonunda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Beyləqan rayon Yol Polisi Şöbəsinin əməkdaşı, serjant Ələhim Məhəmməd oğlu  Zalov sürücünün ölümünə səbəb olub. Belə ki, o, sürücü Ziyafət Talıb oğlu Novruzovu saxlayaraq onunla mübahisə edib. Hadisə şahidlərinin sözlərinə görə, yol polisi əməkdaşı  Ə. Zalovun sürücü ilə kobud rəftarı Z. Novruzovun ölümüylə nəticələnib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimov