Gəncə şəhərində 4 yaşlı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında vəfat edib. 

Unikal.org “Qafqazinfo”ya istinadən məlumata görə, Samux rayonunun Füzuli kəndində yaşayan, 2016-cı il təvəllüdlü Verdiyev Siracəddin martın 11-də sözügedən xəstəxanaya yerləşdirilib. 

Ona “meninqosenofolit” diaqnozu qoyulub, martın 19-da beyin ödəmindən həmin xəstəxanada ölüb.