Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-da 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən adam öldürməyə cəhd 1, qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-surat üzrə 1, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.