Martın 20-də paytaxt sakini G.Tibilova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olub

Unikal.org DİN-ə istinadən xəbər verir ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Sadıqov saxlanılıb.